“Mançester Siti”nin müdafiəçisi Natan Ake “Vest Hem”ə transferdən imtina edib.
İdman.Biz talkSPORT-a istinadən xəbər verir ki, 30 yaşlı niderlandlı futbolçu “Siti”dən ayrılmağa hazırdır, lakin karyerasını Premyer Liqa uğrunda mübarizə aparan komanda ilə davam etdirmək istəmir.
Ake 2020-ci ilin yayından “Mançester Siti”də oynayır. Bu mövsüm o, keçirdiyi 14 oyunda qol vurmayıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. Transfermarkt onun dəyərini 18 milyon avro olaraq qiymətləndirir.
“Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 40 xalla ikinci, “Vest Hem” isə 14 xalla 18-ci yerdədir.
