Xəstəxanaya yerləşdirilən "Qalatasaray"ın prezidentinin son durumu açıqlanıb

Xəbərlər
19 Dekabr 2023 10:50
401
Xəstəxanaya yerləşdirilən "Qalatasaray"ın prezidentinin son durumu açıqlanıb

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbekin son durumu açıqlanıb.

İdman.biz xəbər verir ki, bir gün öncə səhhəti pisləşən funksionerin xəstəxanada müalicəsi davam etdirilir.

Bildirilib ki, prezident qarın nahiyəsində ağrılardan və yorğunluqdan şikayətlənib. Ona kəskin bağırsaq infeksiyası - qastroenterit diaqnozu qoyulub və müalicəsinə başlanılıb.

İdman.biz