“Tottenhem Hotspur”un və Uels millisinin müdafiəçisi Ben Devis karyerasını “Nitsa”da davam etdirə bilər.
İdman.Biz bu barədə “L'Équipe” qəzetinə istinadən bildirir.
Mənbənin məlumatına görə, Fransa klubu oyunçunun transferini yanvar ayında başa çatdırmaq niyyətindədir.
“Qartallar”ın müdafiə xətti zədələr səbəbindən xeyli zəifləyib və klub Devisin bu boşluqları doldura biləcəyinə inanır.
Qeyd olunur ki, müdafiəçinin maaşı və oyunçunun uzunmüddətli müqavilə imzalamaq istəyi səbəbindən “Nitsa” belə bir müqaviləni başa çatdırmaqda çətinlik çəkəcək.
Devis bu mövsüm klubda cəmi iki oyunda meydana çıxıb və ümumilikdə 53 dəqiqə meydanda olub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
