Afrika Millətlər Kuboku qrup mərhələsinin Zambiya və Mərakeş arasında üçüncü tur matçı başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Mərakeşin Rabat şəhərindəki “Prince Moula Abdullah” stadionunda oynayıblar. Mərakeş 3:0 hesabı ilə qələbə qazanıb.
Hücumçu Əyyub Əl Kaabi doqquzuncu dəqiqədə hesabı açıb. Cinah oyunçusu Brahim Diaz 27-ci dəqiqədə Mərakeşin üstünlüyünü ikiqat artırıb. Əl Kaabi 50-ci dəqiqədə ikinci qolunu vuraraq fərqi daha da artırıb.
Mərakeş qrup mərhələsindəki ümumi xallarını yeddiyə çatdırıb və A qrupunda birinci yeri tutub. Zambiya millisi qrupda iki xalla dördüncüdür.
