“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 18-ci turunda komandasının “Brayton” ilə oyun barədə danışıb.
İdman.Biz bildirir ki, matç 2:1 hesabı ilə “Arsenal”ın xeyrinə qurtarıb.
“Həm fərdi, həm də kollektiv oyundan çox məmnunam. Biz üstünlük təşkil etdik. Çoxlu qol şansları yaratdıq, ona görə də bütün bunlardan çox məmnunam. Amma oyun boyu yaratdığımız vəziyyətlərin, anlar və qol şanslarının sayını nəzərə alsaq, fərq daha böyük ola bilərdi. Hesab 2:1 olmamalı idi. Amma bu, Premyer Liqadır və atmalı olduğumuz addım budur.
Düşünürəm ki, onlar ilk zərbədən sonra qol vurdular və sonra David [Raya] nəticəni qorumaq üçün daha bir seyv etməli oldu. Amma çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm. Bu gün isinmə hərəkətində Kalafiorini itirdik, Deklan [Rays] müdafiəçi mövqeyində oynamalı oldu və onun göstərdiyi performansı görə bilərsiniz. Bu, mentalitetdir", - Arteta klubun rəsmi saytında bildirib.
İngiltərə Premyer Liqasında oynanılan 18 oyundan sonra “Arsenal” 42 xalla turnir cədvəlinə başçılıq edir. “Brayton” isə 24 xalla 12-ci yerdədir.
