A seriyası: “Yuventus” səfərdə “Piza”nı məğlub edib - YENİLƏNİB

28 Dekabr 2025 02:07
302
A seriyası: “Yuventus” səfərdə “Piza”nı məğlub edib

A Seriyasının 17-ci turunun “Piza” və “Yuventus” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Turin komandası oyunu 2:0 hesabı ilə qazanıb.

Matç Pizadakı “Arena Garibaldi-Romeo Anconetani” stadionunda baş tutub.

73-cü dəqiqədə Arturo Kalabrezi öz qapısına qol vurdu, Kenan Yıldız isə 90+2-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bu oyundan sonra “Piza” 11 xalla İtaliya yüksək divizionunda 19-cu, “Yuventus” isə 32 xalla üçüncü yerdədir.

23:28

İtaliya A Seriyasının 17-ci turunun “Udineze” və “Latsio” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun “Stadio Bluenergi”də (Udine) baş tutub və 1:1 hesabı ilə bitib.

“Latsio”nun yarımmüdafiəçisi Matias Vesino 80-ci dəqiqədə oyunun ilk qolunu vurub. 90+5-də “Latsio”nun hücumçusu Kinan Devis hesabı bərabərləşdirib.

İtaliya çempionatında oynanılan 17 oyundan sonra “Udineze”nin 22 xalı var və turnir cədvəlində doqquzuncu yerdədir. “Latsio” 24 xalla səkkizinci yerdədir.

21:41

İtaliya çempionatının 17-ci turunda “Torino” “Kalyari”ni qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə “Kalyari”nin xeyrinə qurtarıb.

28-ci dəqiqədə hesabı “Torino”dan Nikola Vlaşiç açıb. 45-ci dəqiqədə Matteo Prati hesabı bərabərləşdirib. 66-cı dəqiqədə isə Semih Kılıcsoy “Kalyari”nin qələbə topunu vurub.

Turun digər oyununda “Komo” səfərdə “Leççe”dən üstün olub – 3:0.

18:11

İtaliya çempionatının 17-ci turunda “Parma” “Fiorentina”nı qəbul edib.

İdman.Biz bildirir ki, oyun Parmadakı “Ennio Tardini” stadionunda keçirilib.

Meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Görüşdə yeganə qolu 48-ci dəqiqədə Oliver Sörensen vurub.

Bu qələbədən sonra “Parma” 17 xalla 16-cı yerdədir. Cəmi 9 xal toplamış “Fiorentina” isə sonuncu, 20-ci yerdə qərarlaşıb. Klubun 10 məğlubiyyəti var.

İdman.Biz