Marselo Joze Mourinyo ilə münasibətlərindən danışıb

Xəbərlər
27 Dekabr 2025 22:59
47
Marselo Joze Mourinyo ilə münasibətlərindən danışıb

“Real Madrid”in və Braziliya millisinin keçmiş müdafiəçisi Marselo Joze Mourinyo ilə münasibətləri haqqında bəzi maraqlı detalları bölüşüb.

İdman.Biz bildirir ki, Marselo “Real Madrid”də Mourinyonun rəhbərliyi altında oynayıb.

“2010-cu il dünya çempionatından sonra Mourinyo məşq zamanı məndən soruşdu: “Bilirsən niyə o turnirə aparılmadın?” Mən cavab verdim: “Bu, məşqçinin qərarı idi”. O isə dedi: “Xeyr, çünki heç müdafiə oluna bilmirsən, bu, dəhşətdir”. Bundan sonra daha tez-tez söhbət etməyə başladıq.

“Rekreativo” ilə matçı da xatırlayıram; həqiqətən yaxşı oynadım. Oyundan sonra klub avtobusuna mindim və o mənə dedi: “Marselo, sən ən yaxşısan. Etdiyin iş inanılmazdır. Əla!” Evə xoşbəxt qayıtdım.

Növbəti matçda pis oynadım və Mourinyo yanıma gəlib dedi: “İndi isə əksinədir, dəhşət idi”. Jozenin işlərə yanaşmasını bəyəndim, o, mənim düşüncə tərzimi dəyişdi”, - deyə Marselo İker Kasilyasın podkastında bildirib.

İdman.Biz