“Aston Villa” qələbə sayəsində üçüncü yerə çıxıb - YENİLƏNİB + VİDEO

27 Dekabr 2025 23:40
314
“Aston Villa” qələbə sayəsində üçüncü yerə çıxıb

İngiltərə Premyer Liqasının 18-ci turunun “Çelsi” (London) və “Aston Villa” (Birminhem) komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, qonaqlar oyunu 2-1 hesabı ilə qazandılar. Oyun “Stemford Bridc”də (London) olub.

37-ci dəqiqədə João Pedro hesabı açaraq londonlulara üstünlük qazandırdı. Ollie Uotkins 63-cü dəqiqədə cavab qolunu vurub, 84-cü dəqiqədə isə ikinci qoluna imza atıb.

Bu oyundan sonra “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 29 xalla beşinci, “Aston Villa” isə 39 xalla üçüncü yerdədir.

21:26

İngiltərə Premyer Liqasının 18-ci turunda “Arsenal” və “Brayton” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Londondakı “Emirates” stadionunda baş tutub. Ev sahibi komanda 2:1 hesablı qələbəsini qeyd edib.

“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqaard 14-cü dəqiqədə hesabı açıb, “Brayton”un hücumçusu Jorginio Rutter 52-ci dəqiqədə öz qapısına qol vurub. “Brayton”un yarımmüdafiəçisi Dieqo Qomes 64-cü dəqiqədə fərqi azaldaraq yekun hesabı müəyyənləşdirib.

İngiltərə Premyer Liqasında oynanılan 18 oyundan sonra “Arsenal” 42 xalla turnir cədvəlinə başçılıq edir.

Turun digər oyununda “Brentford” öz meydançasında “Bornmut”a qalib gəlib - 4:1.

“Vest Hem” isə doğma meydançada “Fulhem”ə məğlub olub - 0:1.

“Bernli” və “Everton”un qarşılaşmasında isə qalib müəyyən olunmayıb - 0:0.

21:17

İngiltərə Premyer Liqasının 18-ci turunun “Liverpul” və “Vulverhempton” komandaları arasında keçirilən oyun başa çatıb. Matçda “Liverpul” 2:1 hesabı ilə qələbə qazanıb.

Yarımmüdafiəçi Rayan Qravenberx 41-ci dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Florian Virtz 42-ci dəqiqədə “Liverpul”un ikinci qolunu vurub. İkinci hissədə qonaq müdafiəçi Santyaqo Bueno 52-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb.

18:33

İngiltərə Premyer Liqasının 18-ci turunun “Nottingem Forest” və “Mançester Siti” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun “Siti Qraund”da (Nottingem) baş tutub. Qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

“Mançester Siti”nin yarımmüdafiəçisi Teyani Reynders 48-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərinin yarımmüdafiəçisi Omari Hatçinson 54-cü dəqiqədə bərabərlik qolunu vurub. Rayan Çerki 83-cü dəqiqədə “Mançester Siti”nin qələbə qoluna imza atıb.

İngiltərə Premyer Liqasında oynanılan 18 oyundan sonra “Nottingem Forest” 18 xalla turnir cədvəlində 17-ci yerdədir. “Mançester Siti” 40 xalla birincidir.

İdman.Biz