Səudiyyə çempionatı: “Əl-İttihad” “Əl-Şabab”dan üstün olub

Xəbərlər
28 Dekabr 2025 01:57
49
Səudiyyə çempionatı: “Əl-İttihad” “Əl-Şabab”dan üstün olub

Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunun “Əl-İttihad” (Ciddə) və “Əl-Şabab” (Ər-Riyad) komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç “Kral Abdullah Sport City” stadionunda (Ciddə) keçirilib və 2:0 hesabı ilə ev sahibi komandanın xeyrinə qurtarıb.

Oyunun ilk qolunu 16-cı dəqiqədə Əhməd Əl-Qəmdi vurub. İkinci hissədə, 86-cı dəqiqədə hücumçu Stiven Berqveyn “Əl-İttihad”ın üstünlüyünü artırıb.

Bu matçdan sonra “Əl-İttihad” Pro Liqa turnir cədvəlində 17 xalla altıncı yerdədir. “Əl-Şabab” səkkiz xalla 13-cü yerdədir. Kriştianu Ronaldunun “Əl-Nəsr” klubu Səudiyyə Ərəbistanı çempionatına (30) başçılıq edir.

İdman.Biz