“Çelsi”nin sabiq müdafiəçisi Frank Leböf komandanın yarımüdafiəçisi Kol Palmerin Avropanın nəhəng klublarına mümkün keçidi ilə bağlı ehtiyatlı davranmalı olduğunu bildirib və futbolçunun yüksək səviyyədə hələ cəmi iki illik karyerasını işarə edib.
İdman.Biz xəbər verir ki, Leböf “Goal” nəşrinə müsahibəsində Palmerin əsas probleminin böyük klubda oyun vaxtı olacağını deyib və xüsusilə “Real Madrid”də rəqabətin sərt olduğunu bildirib.
“Əgər sən Kol Palmersənsə, doğrudanmı “Real Madrid”ə getmək istəyirsən? Orada Bellingem var, başqa ulduzlar var. Harada oynayacaqsan?”, - Leböf vurğulayıb.
O, futbolçunun ehtiyat skamyasında qalmaq əvəzinə müntəzəm oynaya biləcəyi mühitdə inkişaf etməsinin daha doğru olduğunu qeyd edib.
Palmer 2023-cü ildə “Mançester Siti”dən “Çelsi”yə keçdikdən sonra debüt mövsümündə 25 qol vurub, İngiltərə millisinə yüksəlib. Lakin son mövsümdə məhsuldarlığın azalması və bu mövsüm üzləşdiyi zədələr onun inkişaf prosesində səbrli olmağın vacibliyini bir daha gündəmə gətirib.
Leböf həmçinin Florian Virtzin gözlənilmədən “Liverpul”da uğur qazanmasını və özünün 1999-cu ildə “Real Madrid” əvəzinə “Çelsi”də qalmasını xatırladaraq Palmerə tələsməməyi məsləhət görüb.
