Tomas Müller: “Bavariya” ilə əlaqəmi kəsməmişəm”

Xəbərlər
24 Dekabr 2025 18:58
41
Tomas Müller: “Bavariya” ilə əlaqəmi kəsməmişəm”

“Vankuver Vaytkaps” klubunun hücumçusu Tomas Müller 2025-ci ilin yayında “Bavariya”dan ayrılmasından danışıb.

İdman.Biz bildirir ki, o, 2000-ci ildən bəri Münhen klubunda oynayıb.

“Rolumu dəyişməyimə baxmayaraq, “Bavariya”da özümü rahat hiss etməyə davam etdim. Komandanın bir hissəsi olmaqdan həqiqətən zövq aldım və qalmaq istərdim. Amma geriyə baxanda deyə bilərəm ki, Vankuver macərası mənə mövsümün ilk yarısında “Bavariya”da olduğundan daha çox futbol emosiyaları bəxş edib.

Klubla əlaqəmi kəsməmişəm; hələ də bəzi oyunçularla telefonla danışıram və rəhbərliklə yazışıram. Getməyim olduqca sentimental idi. Sadəcə açarları təhvil verib getmədim; vida görüşlərim də öz töhfəsini verdi”, - Müller “Süddeutsche Zeitung”a verdiyi müsahibədə deyib.

İdman.Biz