“Napoli” və “Bolonya” arasında keçirilən İtaliya Superkubokunun final oyunu başa çatıb.
Komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl-Əvvəl Park” stadionunda oynadılar.
Oyunda “Napoli” 2:0 hesabı ilə qələbə qazanıb.
“Napoli”nin cinah oyunçusu David Neres 39-cu dəqiqədə hesabı açıb. Neres 57-ci dəqiqəsində ikinci qolunu vurub.
İtaliya Superkubokunun yarımfinalında “Napoli” “Milan”ı 2:0 hesabı ilə məğlub edib, “Bolonya” isə “İnter”dən (1:1, penaltilər seriyasında 3:2) üstün olub.
“Yuventus” kuboku doqquz dəfə qazanaraq ən çox İtaliya Superkubokunu qazanan komandadır.
