Kilian Mbappe Ronaldunun “Real Madrid”dəki rekorduna çatıb

Xəbərlər
21 Dekabr 2025 06:12
33
Kilian Mbappe Ronaldunun “Real Madrid”dəki rekorduna çatıb

Fransız hücumçu Kilian Mbappe 2025-ci ildə “Real Madrid”də 59-cu qolunu vurub.

İdman.Biz bildirir ki, o, bunu İspaniya liqasının 17-ci turunda “Sevilya” üzərində 2:0 hesablı qələbə qazandıqları oyunda edib.

Bununla da Mbappe əfsanəvi hücumçu Kriştiano Ronaldonun bir təqvim ili ərzində “Real Madrid”də vurduğu qol rekorduna çatıb. 2013-cü ildə portuqaliyalı 59 qol vurub.

“Real Madrid” 2025-ci ildə daha oynamayacaq və artıq Milad tətilinə çıxıb, ona görə də Kilian bu il portuqaliyalı ulduzun nailiyyətini üstələyə bilməyəcək.

Mbappe 2024-cü ildən “Real Madrid”də çıxış edir. Onun klubla müqaviləsi 2029-cu ilə qədərdir. Bu mövsüm fransız bütün yarışlarda 27 oyun keçirib, 30 qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz