Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

Xəbərlər
21 Dekabr 2025 02:05
28
Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

İngiltərə Premyer Liqasının 17-ci turunda “Nyukasl” və “Çelsi” arasındakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

İdman.Biz bildirib ki, “Nyukasl”ın heyətində qolları Nik Voltemade vurub. O, bunu 4-cü və 20-ci dəqiqələrdə edib.

Statistika portalı OptaJoe-yə görə, Voltemade İngiltərə Premyer Liqasında “Çelsi”"yə qarşı oyunun ilk 20 dəqiqəsində iki qol vuran dördüncü oyunçudur. Əvvəllər bunu Robbi Fauler (“Liverpul”, noyabr 1994), Pol Skoulz (“Mançester Yunayted”, oktyabr 1995) və Serxio Aquero (“Mançester Siti”, fevral 2019) ediblər.

Voltemade 2025-ci ilin avqustunda “Nyukasl"la 2031-ci ilə qədər müqavilə imzalayıb.

İdman.Biz