“Osasuna” La Liqanın 17-ci turunda evdə “Alaves” üzərində 3:0 hesablı qələbə qazanıb.
İdman.Biz-in məlumatına görə, meydan sahiblərindən Ante Budimir dubl edib. Daha bir qolu Raul Qarsiya de Haro vurub.
“Osasuna” 18 xala malikdir və La Liqa turnir cədvəlində 12-ci yerdədir. Eyni xala malik “Alaves” əlavə meyarlara görə “Osasuna”, “Rayo Valyekano” və “Malyorka” komandalarından geri qalaraq 15-ci yerdədir.
22:19
İspaniya La Liqasının 17-ci turunun “Levante” və “Real Sosyedad” arasında keçirilən oyun başa çatıb. Komandalar “Estadio Ciudad de Valencia” stadionunda (Valensiya) qarşılaşıblar.
İdman.Biz bildirir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
“Real Sosyedad”ın hücumçusu Takefusa Kubo oyunun ilk qolunu 45+1-ci dəqiqədə vurub, 90+4-də isə Adrian De La Fuente penaltidən bərabərlik qoluna imza atıb.
İspaniya liqasında 17 oyundan sonra “Real Sosyedad” 17 xalla turnir cədvəlində 15-ci yerdədir. “Levante” 16 oyundan sonra 10 xalla 20-ci yerdədir.
Bu gün keçirilmiş digər matçda “Ovyedo” “Selta” ilə heç-heçə oynayıb - 0:0.
