İngiltərə Premyer Liqasında 17-ci turun “Tottenhem Hotspur” və “Liverpul” arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, mersisaydlılar 2:1 hesabı ilə qələbə qazanıblar.
Oyun Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutub.
57-ci dəqiqədə Aleksandr İsak hesabı açaraq mersisaydlılara üstünlük qazandırıb. 66-cı dəqiqədə Uqo Ekitike hesab arasındakı fərqi ikiqat artırıb. 83-cü dəqiqədə Rişarlison hesab arasındakı fərqi azaldıb.
22:02
İngiltərə Premyer Liqasının 17-ci turunun “Mançester Siti” və “Vest Hem Yunayted” arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun Mançesterdəki “Etihad” stadionunda baş tutub.
Meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.
Erlinq Holand altıncı dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Teyani Reynders 39-cu dəqiqədə “Siti”nin ikinci qolunu vurub. Holand ikinci hissənin 69-cu dəqiqəsində dubl edib.
İngiltərə Premyer Liqasında bu gün keçirilən digər görüşlərdə aşağıdakı nəticələr alınıb:
“Bornmut” – “Bernli” – 1:1
Qollar: Antuan Semenyo (67); Armando Broya (90)
“Brayton” – “Sanderlend” – 0:0
“Vulverhempton” – “Brentford” – 0:2
Qollar: Kin Lyuis-Potter (63, 83)
