Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

Xəbərlər
21 Dekabr 2025 05:04
35
Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri İtaliya Superkubokunun yarımfinalında “Napoli” ilə oyunda etdiyi davranışa görə intizam komissiyası tərəfindən 10 min avro cərimələnib.

İdman.Biz-in “Football Italia”ya istinadən verdiyi məlumata görə, matçda A Seriyasının hazırkı çempionu 2:0 hesabı ilə qalib gəlib.

“Napoli” ilə oyun zamanı Massimiliano Alleqri “Napoli”nin idman koordinatoru Qabriele Orialini dəfələrlə ədəbsiz ifadələrlə təhqir edib. Məşqçinin təhqirləri televiziyada canlı yayımlanıb. Oyundan sonra “Napoli” “qırmızı-qaralar”ın məşqçisinin hərəkətlərini pisləyən bəyanat yayıb.

Finalda Antonio Kontenin komandası “İnter”i penaltilərlə məğlub etmiş “Bolonya” ilə qarşılaşacaq. Oyun dekabrın 22-də keçiriləcək.

İdman.Biz