Almaniya Bundesliqası: Prinsipial oyundan “Bayer” qalib ayrılıb - YENİLƏNİB + VİDEO

20 Dekabr 2025 23:50
217
Almaniya Bundesliqası: Prinsipial oyundan “Bayer” qalib ayrılıb

Almaniya Bundesliqasının 15-ci turunda “RB Leypsiq” və “Bayer Leverkuzen” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, görüşdə “Bayer” 3:1 hesabı ilə qazanıb. Oyun “Leypsiq” stadionunda keçirilib.

Ksaver Şlager 35-ci dəqiqədə meydan sahibi komandaya üstünlük qazandırıb. Martin Terrier 40-cı dəqiqədə bərabərlik qolunu vurub, Patrik Şik isə 44-cü dəqiqədə qonaqların ikinci qoluna imza atıb. Montrell Kalbret 90+8-ci dəqiqədə yekun hesabı müəyyən edib.

Bu oyundan sonra “RB Leypsiq” Bundesiqada 29 xalla dördüncü yerdədir. “Bayer” də 29 xalla üçüncü yerdə qərarlaşıb.

20:47

Almaniya Bundesliqasının 15-ci turunun “Hamburq” və “Ayntraxt Frankfurt” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, qarşılaşma 1:1 hesabı ilə qurtarıb. Oyun Hamburqdakı “Volksparkstadion”da baş tutub.
Albert-Sambi Lokonqa 18-ci dəqiqədə “Hamburq”u hesabda irəli çıxarıb, Uqo Larsson isə 26-cı dəqiqədə bərabərlik qolunu vurub.

Bundesliqanın 15-ci turunda keçirilmiş digər oyunların nəticələri isə belə olub:

“Volfsburq” – “Frayburq” – 3:4
Qolar: Cenan Peyçinoviç (13, 49, 69); Filipp Troy (5), Vinçenso Qrifo (22), Yenson Selt (71), Derri Şerxant (78)

“Köln” – “Union” – 0:1
Qollar: Andreaş Şefer (90+1)

“Ştutqart” – “Hoffenhaym” – 0:0

“Auqsburq” – “Verder” – 0:0

İdman.Biz