Salah “Liverpul”un oyunçularından üzr istəyib

Xəbərlər
20 Dekabr 2025 03:10
29
Salah “Liverpul”un oyunçularından üzr  istəyib

“Liverpul”un cinah hücumçusu Məhəmməd Salah onu oyuna niyə buraxmadıqlarını başa düşmədiyi və baş məşqçi Arne Slotla münasibətlərinin pisləşdiyi barədə əvvəllər verdiyi açıqlamalara görə komandadan üzr istəyib.

İdman.Biz-in məlumatına görə, bu barədə “Liverpul”un yarımmüdafiəçisi Kertis Cons bildirib.

Xatırladaq ki, misirli cinah hücumçusu ard-arda “Liverpul”un dörd oyununda əsas heyətdə yer almayıb və “Lids”lə oyunda ehtiyat oyunçular skamyasında saxlanılıb. Bundan sonra Salah klubu və məşqçini tənqid edərək oyun vaxtının əsassız azaldılmasından şikayətlənib. Nəticədə, hücumçu Çempionlar Liqasının altıncı turunun “İnter Milan”la oyununda (1:0) heyətdən kənarlaşdırılıb.

“Mo (Salah) özü özünün ağasıdır və istədiyini deyə bilər. O, bizdən üzr istədi və dedi: “Əgər kimisə incitmişəmsə və ya sizin özünüzü pis hiss etməyinizə səbəb olmuşamsa, üzr istəyirəm”. O, belə insandır.

Mo da pozitiv idi. O, hələ də eyni Modur, üzündə böyük bir təbəssüm var və hamını da onun kimi olmağa vadar edir. Düşünürəm ki, bu, sadəcə qalib olmaq istəyidir.

Başa düşürəm ki, problemləri həll etməyin müəyyən yolları var, amma əgər bir oyunçu sadəcə ehtiyat oyunçular skamyasında oturmaqla kifayətlənirsə və oynamaq, komandaya kömək etmək istəmirsə, bu, daha ciddi problemdir”, - “Sky Sports” Consun sözlərini sitat gətirib.

İdman.Biz