“Bolonya” və “İnter” arasında İtaliya Superkubokunun yarımfinal oyunu başa çatıb.
İdman.Biz bildirir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl-Əvvəl Park”da keçirilən oyunun əsas və əlavə vaxtı heç-heçə başa çatıb – 1:1.
“Bolonya” penaltilər seriyasında daha dəqiq olub – 3:2.
“Milan”ın hücumçusu Markus Türam matçın ilk qolunu ikinci dəqiqədə vurub. “Bolonya”nın yarımmüdafiəçisi Rikkardo Orsolini 35-ci dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdirib.
Beləliklə, “Bolonya” İtaliya Superkubokunun finalına vəsiqə qazanıb. Orada bolonyalıların rəqibi “Napoli” olacaq. Final görüşü dekabrın 22-də yarımfinalların keçirildiyi məkanda “Əl-Əvvəl Park”da olacaq.
2024-cü ildə İtaliya Superkubokunu finalda “İnter”i 3:2 hesabı ilə məğlub etmiş “Milan” qazanıb.
