Türkiyə Superliqasının 17-ci turu çərçivəsində “Kocaelispor” “Antalyaspor”u qəbul edib.
İdman.Biz bildirir ki, matç 2:1 hesabı ilə “Kocaelispor”un xeyrinə qurtarıb.
Hesabı 24-cü dəqiqədə “Kocaelispor”dan Xrvoe Smolçiç açıb. 32-ci dəqiqədə Lautaro Xianetti cavab topunu vurub. 37-ci dəqiqədə Tayfur Bingöl yekun hesabı müəyyən edib – 2:1.
“Kocaelispor” 23 xalla səkkizinci yerdədir. “Antalyaspor” 15 xalla 13-cü pillədə qərarlaşıb.
