La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

Xəbərlər
20 Dekabr 2025 01:59
45
La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

La Liqanın 17-ci turunun “Valensiya” və “Malyorka” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, matç Valensiyadakı “"Mestalya” stadionunda baş tutub.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunun ilk qolunu qonaq yarımmüdafiəçi Samu Kosta 23-cü dəqiqədə vurub. “Valensiya”nın hücumçusu Uqo Duro 53-cü dəqiqədə hesabı bərabərləşdirib.

Bu oyundan sonra “Valensiya” 16 xalla İspaniya yüksək divizionunda 16-cı, “Malyorka” isə 18 xalla 13-cü yerdədir.
Növbəti turda Valensiya 3 yanvarda “Selta Viqo”, “Malyorka” isə 4 yanvarda “Jirona” ilə qarşılaşacaq.

İdman.Biz