“Vest Hem”in baş məşqçisi “Əl-Hilal”ın yarımmüdafiəçisini öz klubunda görmək istəyir

Xəbərlər
18 Dekabr 2025 20:40
42
“Vest Hem”in baş məşqçisi “Əl-Hilal”ın yarımmüdafiəçisini öz klubunda görmək istəyir

“Əl-Hilal”ın portuqaliyalı yarımmüdafiəçisi Ruben Neveş “Vest Hem Yunayted”i maraqlandırıb.

İdman.Biz TEAMtalk-a istinadla xəbər verir ki, londonluların oyunçuya olan marağı Neveşlə “Porto” və “Vulverhempton”da işləmiş baş məşqçi Nuno Espirito Santonun şəxsi təşəbbüsüdür.

“Vest Hem” bu müqavilənin maliyyə baxımından həyata keçirilməsinin çətin olacağını və komandanın hazırkı liqa mövqeyinin də işləri çətinləşdirə biləcəyini anlayırlar. Digər ilk beş liqadan olan klublar da vəziyyəti izləyirlər. Lakin İngiltərə Premyer Liqasına qayıtmaq yarımmüdafiəçinin əsas prioritetidir.

“Vest Hem Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci yerdədir.

İdman.Biz