Adı yığmamızla hallanan Şenol Günəşə yeni təklif

Xəbərlər
17 Dekabr 2023 13:18
186
Adı yığmamızla hallanan Şenol Günəşə yeni təklif

Adı Azərbaycan millisi ilə hallanan türkiyəli baş məşqçi Şenol Günəş daha bir təklif alıb.

İdman.biz xəbər verir ki, "Beşiktaş"dan ayrıldıqdan sonra işsiz olan təcrübəli mütəxəssisə Kosovo yığması elçi düşüb.

Onların Günəşlə yanaşı, braziliyalı Roberto Karlosun da xidmətində maraqlı olduğu bildirilir.

Qeyd edək ki, türkiyəli məşqçi, hələlik, təklifə hansısa cavab verməyib.

İdman.biz