İngiltərə Liqa Kuboku: “Mançester Siti” və “Nyukasl” yarımfinalda - YENİLƏNİB + VİDEO

Xəbərlər
18 Dekabr 2025 02:20
43
İngiltərə Liqa Kuboku: “Mançester Siti” və “Nyukasl” yarımfinalda

İngiltərə Liqa Kubokunun dörddəbir final mərhələsinin “Nyukasl Yunayted” və “Fulhem” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyunda qələbəni 2:1 hesabı ilə “Nyukasl” qazanıb.

Hesabı 10-cu dəqiqədə “Nyukasl”dan Yoan Vissa açıb. 16-cı dəqiqədə Saşa Lukiç “Fulhem”in cavab topunu vurub. 90+2-ci dəqiqədə “Nyukasl”ın oyunçusu Lyuis Mayli matçın yekun hesabını müəyyən edib – 2:1.

01:34

İngiltərə Liqa Kubokunun dörddəbir final mərhələsinin “Mançester Siti” və “Brentford” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun “Etihad” stadionunda (Mançester) baş tutub. Meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.

“Mançester Siti”nin hücumçusu Rayan Çerki oyunun ilk qolu 32-ci dəqiqədə vurub. Yarımmüdafiəçi Savio 67-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb.

İdman.Biz