Türkiyə Superliqası təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb

Xəbərlər
17 Dekabr 2025 19:34
33
Türkiyə Superliqası təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb

Türkiyə Superliqasının klublarından olan “Antalyaspor” baş məşqçisi Erol Bulutla yollarını ayırıb.

İdman.Biz bildirir ki, çalışdırıcı uğursuz nəticələrə görə istefaya göndərilir.

Komanda son olaraq Superliqanın 16-cı turunda doğma meydanda “Qalatasaray”a uduzub – 1:4.

“Antalyaspor” turnir cədvəlində 15 xalla 15-ci pillədə qərarlaşıb.

Erol Bulut oktyabr ayında “Antalyaspor”un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 10 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə isə məğlub olub.

İdman.Biz