“Qvadalaxara”nın oyunçusu Serxio Ramosla oxşarlığı sayəsində sosial media ulduzuna çevrilib - FOTO

Xəbərlər
17 Dekabr 2025 19:04
38
“Qvadalaxara”nın oyunçusu Serxio Ramosla oxşarlığı sayəsində sosial media ulduzuna çevrilib

Kral Kubokunun 1/16 final mərhələsinin “Qvadalaxara” və “Barselona” matçının 19-cu dəqiqəsində televiziya kamerası Kastilya-La Mança komandasının yarımmüdafiəçisi Borxa Diasa fokuslanıb və bu görüntü sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb.

İdman.Biz bildirir ki, oyun 2:0 hesabı ilə “Barselona”nın xeyrinə qurtarıb.

Bu cür həyəcana səbəb Diasın “"Real Madrid”in və İspaniya milli komandasının keçmiş oyunçusu Serxio Ramosla oxşarlığı olub.

Borxa Dias Hans-Diter Flikin komandasına qarşı oyunda start heyətində meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Bu vaxta qədər onun şəkli artıq sosial mediada yayılmışdı.

35 yaşlı yarımmüdafiəçi əvvəllər bir çox İspaniya klublarında oynayıb, bunlardan ən məşhuru “Rekreativo”dur.

İdman.Biz