“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komanda haqqında məlumatları mətbuata sızdıran oyunçunu ifşa edib.
İdman.Biz bildirir ki, bu barədə COPE onlayn nəşrinin jurnalisti Viktor Navarro sosial mediada məlumat verib.
Navarro oyunçunun adını və sızdırılan məlumatların təfərrüatlarını açıqlamayıb.
“Barselona” La Liqada 17 oyundan sonra liderlik edir və rəqibi “Real Madrid”dən dörd xal öndədir.
“Blauqrana” növbəti daxili oyununu 21 dekabrda səfərdə “Vilyarreal”la oynayacaq.
