“Milan”ın prezidenti Paolo Skaroninin müşaviri Zlatan İbrahimoviç İtaliyada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarının məşəli ilə foto paylaşıb.
İdman.Biz bildirir ki, İsveç millisinin keçmiş oyunçusunun daha əvvəl məşəl daşıyan kimi açılış mərasimində iştirak edəcəyi bildirilirdi.
“Tezliklə...” İbrahimoviç X sosial şəbəkəsində məşəl və yarış maskotları ilə birlikdə şəklinin altında yazıb. O, qarşıdan gələn Olimpiya və Paralimpiya Oyunlarının rəsmi hesabını etiketləyib.

İbrahimoviç 2023-cü ilin yayında futbolçu karyerasını bitirib. 2026-cı il Olimpiya Oyunları Milan və Kortina d'Ampezzoda 6-22 fevral tarixlərində keçiriləcək
