Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan ikinci məşqçidir

Xəbərlər
14 Dekabr 2025 01:23
45
Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan ikinci məşqçidir

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone komandası 16-cı turda “Valensiya” üzərində 2:1 hesablı qələbə qazandıqdan sonra La Liqada ən çox qələbə qazanan ikinci çalışdırıcı olub.

İdman.Biz bildirir ki, komandalar Madriddəki “Civitas Metropolitano” stadionunda oynayıblar.

Argentinalı məşqçinin İspaniya liqasında hazırda 324 qələbəsi var. Birinci yeri 344 qələbə qazanan ispan məşqçi Luis Araqones tutur.

Dieqo Simeone 2011-ci ilin dekabr ayından “Atletiko Madrid”ə rəhbərlik edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz