Premyer Liqa: “Arsenal” avtoqolların sayəsində “Vulverhempton”a qalib gəlib - YENİLƏNİB + VİDEO

14 Dekabr 2025 02:13
224
Premyer Liqa: “Arsenal” avtoqolların sayəsində “Vulverhempton”a qalib gəlib - YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasında “Arsenal” və “Vulverhempton” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, qarşılaşma londonluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyun Londondakı “Emirates” stadionunda baş tutub.

70-ci dəqiqədə Sem Conston öz qapısına qol vuraraq Mikel Artetanın komandasını irəli çıxarıb. 90-cı dəqiqədə Toluvalase Arokodare hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Yerson Moskera öz qapısına qol vuraraq “Arsenal”ın qələbəsini təmin edib.

Bu oyundan sonra “Arsenal” İngiltərə Premyer Liqasının turnir cədvəlinə 36 xalla başçılıq edir, “Vulverhempton” isə iki xalla sonuncu, 20-ci yerdədir.

00:37

İngiltərə Premyer Liqasının 16-cı turunda “Bernli” “Fulhem”i qəbul edib.

İdman.Biz bildirir ki, “Fulhem” 3:2 hesabı ilə qalib gəlib. Oyun “Turf Moor”da (Bernli) baş tutub.

Emil Smit Rou doqquzuncu dəqiqədə qonaqları irəli çıxarıb, Lesli Ugocukvu isə 21-ci dəqiqədə hesabı bərabərləşdirib. “Fulhem”in ikinci qolunu 31-ci dəqiqədə Kelvin Bassi, üçüncünü isə 58-ci dəqiqədə Harri Uilson vurub. Oliver Sonne 86-cı dəqiqədə fərqi azaldıb.

Bu matçdan sonra “Bernli” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 xalla 19-cu, “Fulhem” isə 20 xalla 13-cü yerdədir.

21:14

İngiltərə Premyer Liqasının 16-cı turunda “Çelsi” və “Everton” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, londonlular oyunu 2:0 hesabı ilə qazanıblar. Oyun “Stemford Bric”də (London) baş tutub.

21-ci dəqiqədə Koul Palmer hesabı açıb, 45+1-ci dəqiqədə isə Malo Qusto komandasının üstünlüyünü ikiqat artırıb.

Bu oyundan sonra “Çelsi” İngiltərənin yüksək liqasında 28 xalla dördüncü, “Everton” isə 24 xalla yeddinci yerdədir.

Növbəti turda “göylər” dekabrın 20-də səfərdə “Nyukasl Yunayted”lə qarşılaşacaq, “Everton” isə həmin gün “Arsenal”ı qəbul edəcək.

İdman.Biz