Fransa çempionatının 16-cı turunda “Anje” “Nant”ı 4:1 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, oyun Anjedəki “Stade Raymond Kopa” stadionunda baş tutub.
17-ci dəqiqədə Himad Abdelli penaltidən qolla meydan sahiblərinə üstünlük qazandırıb. Fasilədən sonra Sidiki Şerif “Anje”nin üstünlüyünü ikiqat artırıb. “Nant” 81-ci dəqiqədə Fabien Sentonzun qolu ilə hesab arasındakı fərqi azaldıb.
85-ci dəqiqədə Aruna Cibrin ev sahiblərinin üstünlüyünü yenidən iki topa çatdırıb, 90+5-də isə Lilian Rao-Lisoa fərqi daha da artırıb.
“Anje”nin 22 xalı var və liqa turnir cədvəlində doqquzuncu yerə yüksəlib. “Nant” 11 xalla sonuncudan əvvəlki yerdədir.
Bu həftə “Nant” rəhbərliyi baş məşqçi Luis Kastronu istefaya göndərib. Onun yerinə Əhməd Kantari təyin edilib.
