“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 16-cı turunun “Brayton” ilə oyunu üçün əsas heyətə daxil edilib.
İdman.Biz “Sky Sports” istinadla xəbər verir ki, bu qərar 12 dekabrda oyunçu ilə baş məşqçi Arne Slot arasında aparılan söhbətdən sonra verilib.
Hücumçu “Liverpul”un son dörd oyununda əsas heyətdə yer almayıb və ötən həftə sonu “Lids”lə oyunda ehtiyat oyunçular skamyasında saxlanılıb. Bundan sonra Salah klubu və məşqçini tənqid edərək oyun vaxtının əsassız azaldılmasından şikayətlənib. Nəticədə, hücumçu Çempionlar Liqasının altıncı turunun “İnter Milan”la oyununda (1:0) heyətdən kənarlaşdırılıb.
Şənbə günü keçiriləcək oyun Salahın Afrika Millətlər Kubokuna yola düşməzdən əvvəl bu il “Liverpul”da son oyunu olacaq.
