“Bavariya” Bundesliqanın 20-ci turunda “Hamburq”a qalib gələ bilməyib - YENİLƏNİB + VİDEO

31 Yanvar 2026 23:55
280
“Bavariya” Bundesliqanın 20-ci turunda “Hamburq”a qalib gələ bilməyib

Almaniya Bundesliqasının 20-ci turunun “Hamburq” və “Bavariya” arasında keçirilən oyunu başa çatıb.

Oyun 2:2 hesabı ilə bitib. Matç Hamburqdakı “Volksparkstadion”da baş tutub

Fabio Vieyra 34-cü dəqiqədə penaltidən dəqiq zərbə endirərək ev sahibi komandanı irəli çıxarıb. Harri Keyn 42-ci dəqiqədə bərabərləşdirici qolu vurub, Luis Diaz isə 46-cı dəqiqədə qonaqları irəli çıxarıb. Luka Vuşkoviç 53-cü dəqiqədə hesabı bərabərləşdirib.

Bu oyundan sonra “Hamburq” Almaniyanın yüksək divizionunda 19 xalla 13-cü yerdədir, “Bavariya” isə 51 xalla turnir cədvəlinə başçılıq edir.

20:40

Almaniya Bundesliqasının 20-ci turunda “Ayntraxt Frankfurt” və “Bayer” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, “Bayer” oyunu 3:1 hesabı ilə qazanıb.

Qarşılaşma “Frankfurt Arena”da baş tutub.

Artur 26-cı dəqiqədə qonaqlara üstünlük qazandırıb, Malik Tillmann isə 33-cü dəqiqədə komandanın üstünlüyünü ikiqat artırıb. Robin Kox 50-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb, Aleş Qarsia 90+3-cü dəqiqədə yekun hesabı müəyyən edib.

Bu oyundan sonra “Ayntraxt Frankfurt” Almaniyanın yüksək divizionunda 27 xalla səkkizinci, “Bayer” isə 35 xalla altıncı yerdədir.

Turun digər oyununda “Mayns” səfərdə “RB Leypsiq”i məğlub edib - 2:1.

Bu oyundan sonra “RB Leypsiq” turnir cədvəlində 36 xalla dördüncü, “Mayns” isə 18 xalla 15-ci yerdədir.

Bundesliqanın 20-ci turunda daha üç oyun olub:

“Verder” – “Borussiya Mönhenqladbax” – 1:1
“Auqsburq” – “Sankt-Pauli” – 2:1
“Hoffenhaym” – “Union” – 3:1.

İdman.Biz