La Liqa: “Ovyedo” qələbə qazansa da, sonuncu yerdən qurtula bilməyib

31 Yanvar 2026 19:28
79
La Liqa: “Ovyedo” qələbə qazansa da, sonuncu yerdən qurtula bilməyib

La Liqanın 22-ci turunda “Ovyedo” “Jirona”nı qəbul edib.

İdman.Biz bildirir ki, matç 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib.

Oyunda yeganə qolu 74-cü dəqiqədə İlyas Şair vurub.

Bu qələbədən sonra “Ovyedo” 16 xal toplayıb, amma sonuncu yerdən yaxasını qurtara bilməyib. “Jirona” 25 xalla 9-cu yerdədir.

İdman.Biz