Paris məhkəməsi Mbappenin PSJ-yə qarşı apellyasiya şikayətini rədd edib

Xəbərlər
12 Dekabr 2025 23:37
66
Paris məhkəməsi Mbappenin PSJ-yə qarşı apellyasiya şikayətini rədd edib

Paris Apelyasiya Məhkəməsi Real Madrid hücumçusu Kylian Mbappenin Paris Saint-Germain hesablarının dondurulması ilə bağlı tələbini rədd edib.

İdman.Biz-in xəbərinə görə, bu barədə jurnalist Ben Ceykobs X-dakı sosial media səhifəsində bildirib.

Futbolçu 2024-cü ilin aprel-iyun ayları üçün əmək haqqı ilə yanaşı, 55 milyon avro bonus tələb edib. PSJ hesab edir ki, Mbappe “Real Madrid”ə sərbəst agent hüquqları çərçivəsində transfer edilməmişdən əvvəl bu ödənişlərdən könüllü şəkildə imtina edib. Hücumçunun iddiası rədd edilib və ona məhkəmə xərclərini ödəmək tapşırılıb. Eyni zamanda, Paris klubunun xərclərinin kompensasiyası üçün 3000 avro məbləğində cərimə tətbiq edilib.

“Məhkəmələr ikinci dəfədir ki, cənab Mbappenin PSJ hesablarının dondurulması ilə bağlı iddialarının əsassız olduğunu təsdiqləyiblər. Bununla yanaşı, bütün bu mübahisə sadəcə vicdan, dürüstlük, dəyərlər və Paris klubuna, onun azarkeşlərinə hörmət məsələsidir”, - PSJ-ni təmsil edən vəkil bildirib.

Mbappe əvvəllər klubun aktivlərinin dondurulması barədə bildiriş almışdı, lakin bu qərar may ayında ləğv edilib. Noyabr ayında oyunçu yenidən Apellyasiya Məhkəməsinə müraciət edib. 9 dekabrda Paris Məhkəməsi PSJ-nin xeyrinə qərar çıxarıb.

İdman.Biz