Mbappe, Holand və Yamal dünyanın ən bahalı futbolçularıdır

Xəbərlər
12 Dekabr 2025 22:38
72
Mbappe, Holand və Yamal dünyanın ən bahalı futbolçularıdır

Transfermarkt İspaniya La Liqasındakı futbolçuların bazar dəyərlərini yeniləyib.

İdman.Biz-in məlumatına görə, “Real Madrid”in hücumçusu Kilian Mbappe 200 milyon avro dəyərində qiymətləndirilib.

Bu, fransız futbolçunu dünyanın ən bahalı üç oyunçusundan biri edir.

“Mançester Siti”nin hücumçusu Erlinq Holand və “Barselona”nın cinah oyunçusu Lamin Yamal da Mbappe ilə eyni dəyərə malikdirlər.

Sözügedən futbolçuların ən yaxın təqibçisi “Real Madrid”in hücumameylli yarımmüdafiəçisi Cud Bellingemdir. Onun transfer dəyəri 160 milyon avro olaraq qiymətləndirilir. Lakin son yeniləmə nəticəsində ingilis futbolçunun qiyməti 20 milyon avro azalıb. Onun əvvəlki təxmini dəyəri 180 milyon avro idi.

İdman.Biz