Alleqri A Seriyasında ayın məşqçisi seçilib

Xəbərlər
13 Dekabr 2025 00:47
51
Alleqri A Seriyasında ayın məşqçisi seçilib

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri noyabr ayı üçün A Seriyasının ən yaxşı məşqçisi seçilib.

İdman.Biz bildirir ki, bu ay “rossonerilər” “Roma”nı (1:0), “İnter”i (1:0) və “Latsio”nu (1:0) məğlub ediblər, həmçinin “Parma” ilə 2:2 heç-heçə oynayıblar.

Mükafat Allegriyə bazar günü “Sassuolo”ya qarşı ev oyunundan əvvəl təqdim ediləcək.

“Milan” əlavə meyarlara görə “Napoli”ni qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.

İdman.Biz