“Leççe” İtaliya çempionatının 15-ci turunda öz meydançasında “Piza”nı 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, oyun “Via del Mare” stadionunda baş tutub.
Yeganə qolu 72-ci dəqiqədə 67-ci dəqiqədə əvəzetmə ilə meydana daxil olan serbiyalı hücumçu Nikola Stuliç vurub.
“Leççe”nin 16 xalı var və turnir cədvəlində 13-cü yerə yüksəlib. “Piza” isə 10 xalla 18-ci yerdədir.
