Qapıçı Bundesliqadakı uğurunu qeyd etmək üçün azarkeşlərə 500 litr pivə paylayıb

Xəbərlər
10 Dekabr 2025 21:58
32
Qapıçı Bundesliqadakı uğurunu qeyd etmək üçün azarkeşlərə 500 litr pivə paylayıb

“Hoffenhaym”ın qapıçısı Oliver Baumann Bundesliqanın 12-ci turunda “Auqsburq” üzərində 3:0 hesablı qələbə qazanılan oyunda meydana çıxıb.

İdman.Biz bildirir ki, bu oyun onun Almaniya yüksək liqasında 500-cü oyunu olub və Bundesliqanın rəsmi saytına görə, bu oyunu qeyd etmək üçün o, komandanın azarkeşlərinə 500 litr pivə verib.

Oliver Bauman “Frayburq”un gənclər sisteminin yetirməsidir və 2010-cu ildən 2014-cü ilə qədər “qartallar”ın böyüklər komandasında oynayıb. O, 2014-cü ildən hazırkı klubunda çıxış edir.

Bu mövsüm 15 matçda qapıçı 21 qol buraxıb və üç dəfə qapısını toxunulmaz saxlayıb. Transfermarkt-ın məlumatına görə, Baumannın hazırkı bazar dəyəri 3 milyon avrodur.

İdman.Biz