“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingemin İspaniya La Liqasının 15-ci turunda “Selta”ya 2:0 hesabı ilə uduzduqları oyunda dördüncü hakimə dediyi sözlər açıqlanıb.
İdman.Biz xəbər verir ki, “Real Madrid” və “Selta” dekabrın 8-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda qarşılaşıblar.
Sport.es-in məlumatına görə, DAZN-ın matçdan yayımladığı görüntülərdə Bellingemin dördüncü hakimə ingilis dilində “Sən ****** axmaqsan” deyə xitab etdiyi görünür (Orijinal versiyada fərqli sözdən istifadə olunur – red.). Yarımmüdafiəçi oyunun 62-ci dəqiqəsində sarı vərəqə alıb.
64-cü dəqiqədə “Real Madrid”in müdafiəçisi Qarsiya iki dəqiqə ərzində iki sarı vərəqə aldıqdan sonra meydandan qovulub. 90+2-ci dəqiqədə müdafiəçi Alvaro Karreras da “Kral Klubu”nu tərk edib.
