"Real" Mbappeyə vaxt verib

Xəbərlər
15 Dekabr 2023 17:48
158
"Real" Mbappeyə vaxt verib

"Real" PSJ-nin hücumçusu Kilian Mbappeyə yekun qərarını açıqlamaq üçün vaxt verib.

İdman.biz xəbər verir ki, “Kral klubu” fransalı futbolçunu gələn il yanvarın 15-dək gözləyəcəyini açıqlayıb.

Madrid təmsilçisi Mbappeyə illik 35 milyon avro təklif edib. O, müsbət qərar verəcəyi halda, “Real”da ən yüksək maaş alan futbolçu olacaq.

Qeyd edək ki, dünya çempionu 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm forvard parislilərin heyətində bütün turnirlərdə 20 oyun keçirib, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.

İdman.biz

Məqalədə: