“Liverpul” və “Arsenal” bu qış Rodriqonu “Real”dan 85-90 milyon avroya transfer edə bilər

Xəbərlər
3 Dekabr 2025 00:20
32
“Liverpul” və “Arsenal” bu qış Rodriqonu “Real”dan 85-90 milyon avroya transfer edə bilər

“Liverpul” və “Arsenal” qış transfer pəncərəsində klubdan ayrıla biləcək “Real Madrid”in cinah oyunçusu Rodriqo Qoes üçün təkliflər hazırlayır.

İdman.Biz Caught Offside-a istinadla xəbər verir ki, “Real” maraqlı tərəflərə əgər təklif məqbul olarsa, 24 yaşlı futbolçunu satmağı düşünəcəklərini bildirib. Vurğulanır ki, “Real Madrid” Rodriqonu 85-90 milyon avroya buraxmağa hazırdır.

Bu mövsüm hücumçu bütün yarışlarda 15 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 80 milyon avrodur.

İdman.Biz