“Kristal Palas”ın baş məşqçisi Oliver Qlasner İngiltərə Premyer Liqasının 22-ci turunda “Sanderlend”ə 2:1 hesabı ilə məğlub olduqdan sonra müdafiəçi Mark Qehinin “Mançester Siti”yə transfer olunması ilə bağlı şərh verib.
İdman.Biz xəbər verir ki, daha əvvəl Qehinin 26 milyon funt sterlinqə (29,9 milyon avro) “Mançester Siti”yə keçəcəyi bildirilirdi.
“Düşünürəm ki, bizi taleyin ixtiyarına buraxıblar. Heç bir dəstək hiss etmirik. Ən pis tərəfi odur ki, kapitanımızı Premyer Liqa oyunundan bir gün əvvəl satdıq. Bunu başa düşmürəm. Həmişə susmuşam, amma indi bacarmıram, çünki oyunçuları qorumalıyam. Bu mövsüm iki dəfə ürəklər qoparılıb, oyundan bir gün əvvəl, yayda Eze ilə olduğu kimi, indi də Qehi... Oyunçulara nə deməliyəm? Ehtiyat oyunçular skamyasına baxıram və reaksiya verməkdən özümü saxlaya bilmirəm... sadəcə ehtiyat oyunçular skamyasında oturan uşaqlar. Buna görə də bu gün qanım çox qaradır”, - Qlasner BBC-yə deyib.
