“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının 16-cı turunda “Əl-Şəbab”ı məğlub edib

Xəbərlər
17 Yanvar 2026 23:59
34
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının 16-cı turunda “Əl-Şəbab”ı məğlub edib

Səudiyyə Ərəbistanı Pro Liqasının 16-cı turunda “Əl-Nəsr” və “Əl-Şəbab” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl-Əvvəl Park” stadionunda qarşılaşıblar. “Əl-Nəsr” 3:2 hesablı qələbə qazanıb.

Hesab ikinci dəqiqədə “Əl-Şəbab”ın müdafiəçisi Saad Yaslamın öz qapısına vurduğu qol ilə açılıb. Səkkizinci dəqiqədə “Əl-Nəsr”in hücumçusu Kinqsli Koman ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. “Əl-Nəsr”in müdafiəçisi Mohamed Simakan 31-ci dəqiqədə öz qapısına qol vurub. Qonaq komandanın hücumçusu Karlos Junior 53-cü dəqiqədə bərabərlik qolunu vurub. Hücumçu Əbdülrəhman Qərib 76-cı dəqiqədə “Əl-Nəsr”i irəli çıxarıb.

Səudiyyə Ərəbistanı liqasında 15 oyundan sonra “Əl-Nəsr” 34 xalla turnir cədvəlində üçüncü yerdədir. “Əl-Şəbab” isə 11 xalla 14-cü yerdə qərarlaşıb.

İdman.Biz