Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Holand Premyer Liqa tarixində 100 qola ən tez çatan oyunçudur - VİDEO - İdman və Biz

Holand Premyer Liqa tarixində 100 qola ən tez çatan oyunçudur - VİDEO

Xəbərlər
3 Dekabr 2025 00:01
30
Holand Premyer Liqa tarixində 100 qola ən tez çatan oyunçudur - VİDEO

“Mançester Siti”nin hücumçusu Erlinq Holand Premyer Liqada 100-cü qolunu turnirin 14-cü turunda “Fulhem”in qapısına vurub.

İdman.Biz bildirir ki, 25 yaşlı hücumçu Premyer Liqa tarixində bu rəqəmə ən tez çatan oyunçudur.

“Nyukasl”ın eks-hücumçusu Alan Şirer 125 oyunda 100 qol vuraraq ikinci yerdədir.

Holand “Siti”yə 2022-ci ilin yayında qoşulub. Onun klubla hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir.

Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 180 milyon avrodur.

İdman.Biz