İspaniyanın “Real Madrid” klubunda çıxış edən Rodriqo Silva hücum xətti futbolçuları arasında klub tarixinin ən uzun qolsuz seriyasına imza atıb.
İdman.Biz xəbər verir ki, onun susqunluğu artıq 30 matçdır davam edir və bu qarşılaşmalarda braziliyalı cəmi 1338 dəqiqədə qol vura bilməyib.
Bu göstəricinin əvvəlki anti-rekordçusu Mariano Diasdır. Rodriqo Silva Mariano Diası 350 dəqiqə qabaqlayıb və beləliklə “Real Madrid”də hücum oyuncuları arasında ən uzun qolsuz seriyanı rəsmiləşdirib.
Mənbələr bu göstəricini Rodriqo Silvanın oyununda yaşanan forma düşüşü və komandanın hücum sistemindəki dəyişikliklərlə əlaqələndirirlər.
