“Siti”dən Fodenin dublunun sayəsində qələbə, “Brentford” və “Sanderlend”in qalibiyyətləri - VİDEO

Xəbərlər
29 Noyabr 2025 21:20
146
“Siti”dən Fodenin dublunun sayəsində qələbə, “Brentford” və “Sanderlend”in qalibiyyətləri - VİDEO

İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Siti” və “Lids Yunayted” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun “şəhərlilər”in 3:2 hesablı qələbəsi ilə bitib.

Qarşılaşma Mançesterdəki “Etihad” stadionunda baş tutub.

Fil Foden ilk dəqiqədə ev sahibi komandaya üstünlük qazandırıb, Yoşko Qvardiol isə 25-ci dəqiqədə komandasının üstünlüyünü ikiqat artıdbı. Dominik Kalvert-Levin 49-cu dəqiqədə toplardan birinin əvəzini çıxıb, Lukas Nmeça isə 68-ci dəqiqədə hesabı bərabərləşdirib. Foden 90+1-ci dəqiqədə ikinci qolunu vurub.

Bu oyundan sonra “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 25 xalla ikinci, “Lids Yunayted” isə 11 xalla 18-ci yerdədir.

Paralel keçən oyunlarda “Sanderlend” “Bornmut”u 3:2 hesabı ilə məğlub edib, “Brentford” isə “Bernli”dən üstün olub - 3:1.

İdman.Biz