İngiltərə Liqa Kubokunun yarımfinalının “Nyukasl Yunayted” və “Mançester Siti” arasında ilk oyunu başa çatıb.
İdman.Biz bildirir ki, “Sent-Ceyms Park”da (Nyukasl-apon-Tayn) baş tutan matç “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə bitib.
53-cü dəqiqədə “Bornmut”dan transfer olunduqdan bəri klubda ikinci oyununu keçirən cinah oyunçusu Antuan Semenyo “Mançester Siti”nin ilk qolunu vurub. 90+8-ci dəqiqədə hücumçu Rayan Çerki qonaqların üstünlüyünü artırıb.
“Şəhərlilər” və “sağsağanlar” arasında yarımfinalın ikinci oyunu fevralın 4-də Mançesterdəki “Etihad” stadionunda keçiriləcək.
