“Roma” “Torino”ya uduzaraq İtaliya Kubokunda mübarizəsini dayandırıb - VİDEO

Xəbərlər
14 Yanvar 2026 01:54
38
“Roma” “Torino”ya uduzaraq İtaliya Kubokunda mübarizəsini dayandırıb

İtaliya Kubokunda “Roma” və “Torino” arasında keçirilən 1/8 final matçı başa çatıb.

İdman.Biz bildirir ki, Marko Baroninin yetirmələri 3:2 hesablı qələbəni qeyd ediblər.

35-ci dəqiqədə “Torino”nun hücumçusu Çe Adams hesabı açıb. 46-cı dəqiqədə “Roma”nın müdafiəçisi Mario Hermoso hesabı bərabərləşdirib. 52-ci dəqiqədə Adams ikinci qolu vuraraq “Torino”nu irəli çıxarıb. 81-ci dəqiqədə “Roma”nın hücumçusu Antonio Arena yenidən hesabı bərabərləşdirib. 90-cı dəqiqədə yarımmüdafiəçi Emirhan İlkhan “Torino”ya qələbə qazandırıb.

Beləliklə, “Torino” İtaliya Kubokunun dörddəbir finalına vəsiqə qazanıb.

İdman.Biz